SIĞORTA

11 Dekabr

Sığorta şirkətinin satış müdiri 2021-ci ildə əsas hədəfindən danışdı

Bakı 11 dekabr Fins.az

“Bu ilin mart ayından COVİD-19 pandemiyası olmasına baxmayarıq və dekabr ayından yenidən sms xidmətinə keçsək də, satışlarımızı  onlayn şəkildə həyata keçirdirik”

Bunu Fins.az-a Günay Sığorta şirkətinin yeni təyin olunmuş Hacıqabul bölməsinin satış müdiri Zaur Hümbətov deyib.

“Sığorta növləri üzrə istər icbari, istərsə də könüllü növlər üzrə müştərilərlə marifləndirmə işləri aparırıq”.

Z.Hümbətov gələn ilin əsas planları haqqında da danışıb:

“2021-ci ildə əsasən planlarımızda könüllü növlər üzrə satışların daha da artırılmasıdır”.

Xatırladaq ki, Zaur Hümbətov (Zaur Tahirli)  jurnalist olsa da, 2010 cu ildə rəsmi sığorta vasitəçisi kimi peşəkar sığorta bazarının iştirakçısıdır. 2010-2014 “Azsığorta”da mütəxəssis, aparıcı mütəxəssi, 2014-2016 2019-2020 “Standard İnsurance” ASC baş mütəxəssis, Əhmədli filialının direktoru, 2016-2019 “Ata Sığorta” şirkətində baş mütəxəssis, “Xəzər” filialının direktoru vəzifələrində işləyib.

Tuncay Türbəndəzadə