SIĞORTA

04 Dekabr

Azərbaycanda sığorta ödənişlərinin 85%-i 5 şirkətin payına düşür

Bakı, 4 dekabr Fins.az

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyata keçirilmiş 350,035 milyon manat sığorta ödənişinin 297,939 milyon manatı və yaxud 85,1%-i 5 sığorta şirkətinin payına düşüb.

Fins.az xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (175,706 milyon manat), "PAŞA Sığorta" (55,814 milyon manat), "Atəşgah Həyat Sığorta" (39,98 milyon manat), “Xalq Sığorta” (14,129 milyon manat) və "Atəşgah Sığorta" (12,31 milyon manat) ASC-lərdir.