SIĞORTA

02 Dekabr

Azərbaycanın icbari sığorta bazarı ARTIB

Bakı, 2 dekabr Fins.az

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 193 151,9 min manat həcmində sığorta haqqı yığılıb.

Fins.az xəbər verir ki, bu müddət ərzində şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 56 096,3 min manat ödəniş həyata keçirilib.

Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 5,3% artıb, ödənişlər isə 14,8% azalıb.