SIĞORTA

02 Dekabr

Azərbaycanda könüllü tibbi sığorta bazarı ARTIB

Bakı, 2 dekabr Fins.az

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən könüllü tibbi sığorta üzrə 87 387,2 min manat sığorta haqqı toplanıb.

Fins.az xəbər verir ki, tibbi sığorta üzrə yığımlar ötən ilin eyni dövrünə nisbətən 7,9% artıb.

Eyni zamanda, şirkətlər tərəfindən hesabat dövründə 50 832,5 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% çoxdur.