SIĞORTA

02 Dekabr

Mərkəzi Bank sığorta atestasiyanının nəticələrini AÇIQLADI

Bakı, 2 dekabr Fins.az

30 noyabr 2020-ci il tarixində sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında attestasiyalar keçirilib.

Fins.az xəbər verir ki, bu barədə AMB məlumat yayır.

Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 2 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub. AMB adları aşçıqlamayıb.

Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.