SIĞORTA

25 Noyabr

"Amrah Sığorta" sabahdan etibarən sığorta hadisələri üzrə öhdəlik daşımayacaq

Bakı, 25 noyabr Fins.az

"Amrahsığorta" ASC-nin fəaliyyəti könüllü qaydada dayandırıldığı üçün "Kasko butik"də sığortalanmış müştərilər də müqavilələrini ləğv etdirməlidirlər.

Fins.az xəbər verir ki, bu barədə sığorta şirkətinin rəsmi saytında məlumat verilib.

Qeyd edilib ki, "Amrahsığorta" ASC-nin Səhmdarlarnın Ümumi yığıncağının 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən, "Amrahsığorta" ASC –nin fəaliyyəti könüllü qaydada dayandırılır. Bununla bağlı, Sığorta fəaliyyəti haqqında qanunun 108.3-cü maddəsinə əsasən şirkətdə ləğvetmə komissiyası yaradılıb.

Komissiya, ləğvetmə prosesinə uyğun olaraq, "Amrahsığorta" şirkəti ilə sığorta müqaviləsi qüvvədə olan Sığortalıların 60 gün müddətində "Amrahsığorta" ASC-nin Bakı şəhəri, 28 May küçəsi, ev 21A ünvanındaki ofisə yaxınlaşaraq, müqavilələrinin ləğv edilməsi dair qeydiyyata düşmələrini xahiş edilir.

Əlavə olaraq, "Kasko butik"in yeganə tərəfdaşı "Amrah Sığorta" şirkətinin olmasını nəzərə alaraq, "Kasko butik"də sığortalanmış müştərilərin də yuxarıda qeyd olunan ünvana müraciət etmələrini xahiş edilir.