SIĞORTA

24 Noyabr

Mərkəzi Bank bu sığorta agentinin lisenziyasını LƏĞV EDİB

Bakı, 24 noyabr Fins.az

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə heyəti sığorta agentinə verdiyi lisenziyanı geri çağırıb.

Fins.az xəbər verir ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə və AMB-nin İdarə Heyətinin 19 noyabr 2020-ci il tarixli qərarına əsasən Abbasov Tural Şöhrət oğluna sığorta agenti fəaliyyətinə verilmiş 05 mart 2012-ci il tarixli 000581 nömrəli lisenziya ləğv edilmişdir”- deyə, AMB-nin məlumatında dyilib.

Sığorta agenti – Müvafiq lisenziyası olan və sığortaçıya siğorta müqaviləsinin bağlanması, yenilənməsi və ya davam etdirilməsi üçün vasitəçilik xidməti göstərən şəxs.