SIĞORTA

11 Noyabr

“Günay Sığorta” ASC nin İdarə Heyətinə yeni TƏYİNATLAR

İdarə Heyətinin üzvü vəzifəsinə şirkətin Regional Satış Kanallarının İnkişafı və İdarə Edilməsi şöbəsinin müdiri Ramin İsmayılov təyin olunub.

Bu barədə Fins.az şirkətə istinadən xəbər verir.

İdarə Heyətinin sədri vəzifəsini Sabir Quliyev müvəqqəti icra edirdi. Sabir Quliyev əvvəlki vəzifəsinə - Direktorlar Şurasının sədrinin müşaviri vəzifəsinə geri qayıdıb. Şirkətin İdarə Heyətinin sədri vəzifəsinə Mahir Niftəliyev təyin olunması ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat göndərilib. Mahir Niftəliyev 25 il Azərbaycan Respublikasının Mərkəzi Bankında fəaliyyət göstərib.

Xatırladaq ki, Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 27 ili əhatə edir. "Günay Sığorta" ASC 19 könüllü və 4 icbari sığorta növü üzrə 10 nümayəndəlik və 100-dən çox satış nöqtəsi ilə müştərilərinə xidmət göstərir.