Təkrarsığortaçı Hannover Re 2020-ci ilin 9 ayında xalis mənfəəti 33.4% azalıb.
Fins.az xəbər verir ki, bu barədə təkrarsığorta şirkətinin hesabatında qeyd olunub.
Şirkətin xalis mənfəəti 1 milyard avrodan 668 milyon avroya qədər azalıb.
Şirkətin əməliyyat mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35%-dən çox azalaraq 902,9 milyon avroya düşüb.