SIĞORTA

02 Noyabr

ASA-ya icraçı direktor seçildi – TƏYİNAT

Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru vəzifəsinə Elmar Mirsalayev təyin olunub.

Bu barədə məlumatı  Fins.az-a ASA-nın icraçı direktorunun müşaviri Məmməd Ağayev təsdiqləyib. Məlumatda bildirilir ki, Elmar Mirsalayevin namizədliyi və icraçı direktor vəzifəsinə təyinatı Azərbaycan Sığortaçılar Assosiasiyasının müşahidə şurasının üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

Qeyd edək ki, Elmar Mirsalayev bu təyinata qədər “Atəşgah Sığorta” şirkətində Zərərlərin tənzimlənməsi idarəsinin rəisi vəzifəsində çalışıb.