SIĞORTA

28 Oktyabr

“PAŞA Həyat” üçüncü rüb üzrə maliyyə nəticələrini açıqladı

Ölkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2020-ci ilin 3-cü rübü üzrə beynəlxalq standartlara uyğun maliyyə nəticələrini ictimaiyyətə açıqlayıb.

PAŞA Həyat sığorta yığımlarına görə bütün sığorta bazarında yenə də birinci yerdə qərarlaşıb. 2020-ci ilin yarımillik nəticələrinə görə PAŞA Həyat topladığı sığorta haqlarının və etdiyi sığorta ödənişlərinin həcmini artırıb. Pandemiya dövrünə baxmayaraq şirkət inamlı olaraq maliyyə bazarında fəaliyyət göstərir.

Belə ki,  ötən ilin eyni dövrü ilə müqayisədə yığılmış sığorta haqları 18% artaraq 194 mln. AZN, sığorta ödənişləri isə 2 dəfədən çox artaraq 153 mln. AZN təşkil edib. Digər tərəfdən, ödənişlərin ikiqat artmasına baxmayaraq PAŞA Həyat-ın xalis mənfəəti keçən ilin həmin dövrü ilə müqayisədə yarım faiz artaraq 16.7 mln.  AZN təşkil edib. Şirkətin investisiya fəaliyyətindən əldə etdiyi gəlir isə 20 mln. AZN-ə qədər artıb.