SIĞORTA

27 Oktyabr

Bağlanılan Standard sığorta şirkətinin binası satışa ÇIXARILIR

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə lisenziyası ləğv edilən ASC “Standard Insurance” Sığorta şirkətinin Bakı şəhəri Ş. Bədəlbəyli küç. 96, AZ1014. ünvanında yerləşən baş ofisinin binası satışa çıxarılır.

Fins.az xəbər verir ki, bu barədə ləğv prosesində olan şirkətin ləğvetmə komissiyası tərəfindən məlumat verilib. Məlumatda qeyd olunub ki, şirkətin aktivlərinin bir qismi artıq hərrac vasitəsilə satışa çıxarılıb. Yaxın zamanlarda isə şirkətin baş ofisinin yerləşdiyi binanın satışa çıxarılması planlaşdırılır.

Qeyd edək ki, AMB İdarə Heyətinin 2020-ci il 19 may tarixli müvafiq qərarı ilə Standard Insurance Sığorta şirkətinin sığorta fəaliyyəti üzrə lisenziyası ləğv edilmiş və məhkəmənin müflis olma ilə əlaqədar vermiş olduğu qərar 14 Sentyabr 2020-ci il tarixdə qüvvəyə minmişdir.