Mərkəzi Bank tərəfindən sığorta agenti fəaliyyəti ilə bağlı verilmiş lisenziyalardan biri ləğv edilib.
Fins.az xəbər verir ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə və Mərkəzi Bankın İdarə Heyətinin 19 oktyabr 2020-ci il tarixli qərarına əsasən İbrahimov Hüseynbaba Hüseyn oğluna sığorta agenti fəaliyyəti üçün verilmiş 24 may 2012-ci il tarixli lisenziya ləğv edilib.