SIĞORTA

13 Oktyabr

“İpək Yolu Sığorta” Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna ianə etmişdir

“Aviation Services Group”(ASG) şirkətlər qrupuna daxil olan “İpək Yolu Sığorta” şirkəti Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan ordumuza maddi dəstək verərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 50.000 manat dəyərində vəsait köçürmüşdür.

Şirkət Azərbaycan ordusuna yeni qələbələr arzulayır və ölkəmizin ərazi bütövlüyünün tezliklə bərpa olacağına qəti əminliyini bildirir.