SIĞORTA

24 Sentyabr

“Atasığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Oktyabrın 22-də, saat 11:00-da “Atasığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Fins.az xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanında olacaq.

Yığıncağın gündəliyinə "Atasığorta"nın Təftiş Komissiyasının tərkibinə baxılması və digər məsələlər daxildir.