SIĞORTA

09 Sentyabr

Pandemiyadan ziyan çəkən dünya sığorta bazarları

İnkişaf etməkdə olan ölkələrin sığortaçıları COVID-19-dan daha çox zərər görəcəklər. 

Fins.az xəbər verir ki, “Swiss Re” təkrarsığorta şirkətinin qiymətləndirməsinə görə, 2020 və 2021-ci illərdə sığorta yığımlarında 3.6 faizlik azalma qeyd ediləcək.

Bununla belə, Çinin sığorta bazarı istisnadır. Belə ki, 2020 ilə 2021-ci illlərdə sürətli iqtisadi artım, hökumət siyasəti nəticəsində ortalama yığımların artımı 7 faiz artacaq.

Dağıtım kanalları vasitəsilə sığortaçılar yeni risklər barədə məlumatlılığı artırmaq üçün müştəri əldə etmə və təşviqat fəaliyyətlərini sürətləndirə biliblər.

“Swiss Re”nin apardığı son araşdırmada 2020-ci ilin aprel ayına qədər Çinli istehlakçıların 75 %-dən çoxunun sığorta şirkətləri ilə əlaqə qurublar. Avstraliyada bu rəqəm 17, Sinqapurda 34 və Honq Konqda 50-yə bərabərdir. Çinli istehlakçıların yarısından çoxu (59%) da əlavə sığortanın alınmasında maraqlı olduqlarını bildiriblər ki, bu da tədqiq olunan digər bazarlardan daha yüksəkdir.

Tuncay Türbəndəzadə