SIĞORTA

25 Avqust

Qazaxıstanın sığorta bazarı 10% artıb

Qazaxıstanın sığorta bazarı 2020-ci ilin I yarısında 10% artıb.

Fins.az xəbər verir ki, Qazaxıstanın sığorta bazarı, 2020-ci ilin 1-ci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 10% artıb.  Sığorta yığımı 280 milyard tenge (1 milyard 148 milyon manat) təşkil edilib. Bu barədə ölkənin Milli Bankı məlumat yayıb.

Bu artım əsasən risk sığortası seqmenti tərəfindən təmin olub.  Həyat sığortası isə demək olar ki, 2019-cu ilin birinci yarısının səviyyəsində kimi qalıb.