SIĞORTA

29 İyul

Azərbaycanda aqrar sığortanın ödənişi onlayn olacaq

"Ötən həftə Baş Nazir Aqrar Sığorta İnformasiya Sisteminin əsasnaməsini təsdiqlədi. Bu sistemin köməyi ilə aqrar sığorta almaq üçün bütün bu işlər kağız daşıyıcıları və üzbəüz görüşlərdə deyil, onlayn şəkildə - Aqrar Sığorta İnformasiya Sisteminin üzərindən həyata keçiriləcək".

Fins.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Fins.az-a deyib

O, bildirib ki, nazirliyin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçərək əkinlərini bəyan edən fermerlər Fonda onlayn şəkildə, ya da sığorta vasitəçiləri üzərindən müraciət edə bilər:

“Fond həmin müraciəti qiymətləndirəcək və elektron şəkildə sığorta müqaviləsi bağlanacaq. Yəni aqrar sığorta müqaviləsi bağlamaq üçün fermerin rayondan Bakıya gəlməsinə ehtiyac qalmayacaq. Hadisə baş verəcəyi təqdirdə, sığorta ödənişi zamanı da eyni proses baş verəcək. Fermer sığorta şirkətinə ilkin müraciət edəcək, həmin sənədlər Fonda daxil olacaq, biz həmin sənədləri emal edib, fermerlərə köçürmə yolu ilə ödəniş edəcəyik”.