SIĞORTA

23 İyul

\"Azərbaycan Sənaye Sığorta”nın rəhbərliyində dəyişiklik olacaq

Avqustun 24-də, saat 11:00-da “Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Fins.az xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 122 (Gümüş Plaza) ünvanında yerləşən baş ofisində olacaq. Yığıncağın gündəliyinə ASS-nin Direktorlar Şurasının tərkibində dəyişikliklər edilməsi məsələsi daxildir.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 75%-i “Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur. (report)