Sığorta sektoru bu il COVID-19-un səbəb olduğu qlobal iqtisadi böhranı aşmağa çalışır.
Fins.az xəbər verir ki, 1930-cu illərdən bəri ilk dəfə 2020-ci ildə xüsusilə həyat sığortası məhsullarına olan tələbat ən aşağı səviyyəyə çatmaqdadır (qlobal haqlar 6% azalacaq), risk sığortası bazarında isə bir qədər azala bilər (-0.1%) .
Bununla belə, haqların ümumi həcmi 2021-ci ilin əvvəlində böhrandan əvvəlki səviyyəyə qayıda bilər. İnkişaf etməkdə olan ölkələr, xüsusilə də Çin sığorta bazarının geri dönüşünə dəstək verəcək.
Bu barədə proqnozlar “Swiss Re Institute”un "Dünya sığortası: 2020 pandemiya fırtınasından qaçmaq" adlı yeni hesabatında yer alıb.
Dünyadakı ümumi sığorta haqlarının artım dinamikası, 2019-2021
Sığorta sənayesi COVID-19-un səbəb olduğu iqtisadi böhrana müqavimət göstərməkdədir. Hazırda sığorta haqlarının azalmasının həcmi 2008-2009-cu illərdəki qlobal maliyyə böhranı dövründə müşahidə olunan səviyyəyə oxşardır. Baxmayaraq ki, bu il iqtisadi enişin təxminən 4% olması daha ciddi rəqəmdir. Qlobal iqtisadiyyatdan fərqli olaraq, “Swiss Re” sığorta bazarlarının tədricən bərpa olunacağını gözləyir.
Builki tənəzzülün 1930-cu illərin Böyük Depressiyasından bəri ən dərin, eyni zamanda qısamüddətli olacağı gözlənilir. Tənəzzül sığorta tələbinin kəskin azalmasına səbəb olacaq. 2019-cu ildə 2.2%-lik artımdan sonra qlobal həyat sığortası mükafatları 2020-ci ildə 6% azalacaq.
Risk sığortası sektoru nisbətən daha yaxşı vəziyyətdə ola bilər: 2019-cu ildə 3.5% artdıqdan sonra bu il qlobal haqlar sabit qalacaq. Risk sığortası sektorundakı inkişafın əsas səbəbi, COVID-19 böhranının haqlarının artımını dəstəkləyən qeyri-həyat seqmentindəki artımdır. Ticarət və səyahət sığortası haqlarıisə ən ağır şəkildə zərbə alacaq. Bura dəniz daşınması, aviasiya və kredit də daxildir.
Dünyada həyat sığortası haqlarının artım dinamikası, 2019-2021
İnkişaf etmiş bazarlarda ümumi sığorta haqlarının bu il 4% azalacağı və 2021-ci ildə 2% -dən çox müsbət artıma dönəcəyi təxmin edilir. İnkişaf etməkdə olan bazarlarda artım da müsbət olaraq qalacaq (2020-ci ildə 1% və 2021-ci ildə 7% artım).
COVID-19 böhranı sənayenin gəlirliliyinə də problem yaradacaq. Pandemiya ilə əlaqəli itkilərlə yanaşı, investisiya gəliri də aşağı olaraq qalacaq. Çünki faiz dərəcələri daha uzun müddət ərzində sıfır səviyyəsində qalacaq ki, bu da sığorta və risk sığortası sektoruna böyük təsir göstərir. Korporativ defoltların böyüməsi investisiya edilmiş aktivlərin itkisinə səbəb ola bilər. Həyat sığortası seqmentində, COVID-19 ilə əlaqədar ödənişlərin məhdud təsir göstərəcəyi ehtimalı var, lakin karantin tədbirləri səbəbi ilə satış və komissiya gəlirlərinin azalması bu il sığortaçıların mənfəətinə təsir edəcək.
Dünyada risk sığorta haqlarının artım dinamikası, 2019-2021
Digər tərəfdən, məsələyə müsbət bucaqdan da baxmaq lazımdır. COVID-19 risk sığortasında tarif artımını dayandırdı. Həmçinin sığorta tələbinin gözlənilən azalması uzunmüddətli perspektivdə sığortaçıların mənfəətini artıracaq.
Builki maliyyə və iqtisadi böhran təcrübəsi yeni risklər və biznesin bir çox sahələri üzrə risklərin qorunması tələbləri haqqında məlumatlılığı artıracaq.
Tuncay Türbəndəzadə