SIĞORTA

23 İyun

\"Fitch\": Azərbaycanın sığorta sektoru inkişaf edir, lakin hələ tam formalaşmayıb

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda sığorta sektorunun inkişaf etdiyini, lakin hələ tam formalaşmadığını bildirir.

Fins.az agentliyə istinadən verdiyi məlumata görə, ölkənin sığorta sektorunda tənzimləyici və nəzarətedici rejim inkişaf edir, lakin şəffaflıqda və hüquqi tətbiqetmənin effektivliyində axsamalar var. Qeyd edilir ki, sığorta bazarının texnoloji və diversifikasiya səviyyəsi yüksək olmasa da, təkmilləşir.

"Fitch" mütəxəssislərinin fikrincə, pərakəndə məhsullar əsasən sadədir, halbuki kommersiya əhatəsi xarici brokerlərin və ya təkrar sığortaçıların köməyi ilə hazırlanır və ərsəyə gətirilir. Agentik qeyd edir ki, sığortanın iqtisadiyyata girişi məhdud olaraq qalır. Bu isə sığorta ödənişlərinin ÜDM-ə nisbətinin ("insurance penetration rate") aşağı olması deməkdir.