SIĞORTA

22 İyun

İcbari Sığorta Bürosu ötən ili mənfəətlə başa vurub

İcbari Sığorta Bürosu (İSB) 2019-cu ili 4 milyon 270 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Büro 2018-ci ili 3 milyon 66 min manat zərər ilə bağlamışdı. Xalis mənfəət ötən il gəlirlərin artmasından və kompensasiya üzrə ehtiyatlardakı dəyişikliyin azalmasından qaynaqlanır.

Fins.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, İcbari Sığorta Bürosunun təqvim haqları üzrə gəlirləri ötən il 2018-ci illə müqayisədə 1,347 min manat və ya 17% artaraq 9 milyon 240 min manat təşkil edib.

İSB-nin kompensasiya üzrə ehtiyatlara ayırması 2018-ci ildəki 3 milyon 294 min manatdan 2019-cu ildə 1 milyon 145 min manata geriləyib.

2018-ci illə müqayisədə 2019-cu ildə İSB-nin cəmi aktivləri 16,5% artaraq 42 milyon 475 min manat təşkil edib. Büronun müddətli depozitləri 10 milyon 254 min manatdan 12 milyon 634 min manata, qiymətli kağılara investisiyaları isə 10 milyon 779 min manatdan 13 milyon 583 min manata yüksəlib. Marja