SIĞORTA

10 İyun

"Paşa Sığorta" şirkətinin ofislərində müştəri şikayətlərinin qəbul vaxtı açıqlandı

COVID-19 virusunun sürətlə yayılmasının qarşısının almaq məqsədilə "Paşa Sığorta" şirkətinin ofislərində müştəri şikayətlərinin qəbulu 30 iyun tarixinə qədər dayandırılıb.

Fins.az bunu “Paşa Sığorta” şirkətinə istinadən xəbər verir.

Qeyd olunur ki, olduqca vacib olan müraciət üçün gəlmək olar. Lakin, müştəri 1 gün əvvəlcədən şirkətlə əlaqə saxlayıb gələcəyi vaxtı dəqiqləşdirməlidir.