SIĞORTA

20 May

Azərbaycanda neçə sığorta şirkəti bağlana bilər?

"Növbədə daha 5-6 sığorta şirkətinin bağlanacağı ehtimal olunur"

Fins.az xəbər verir ki, bunu sığota eksperti İlkin İbrahimov deyib. O, ötən gün Azərbaycan Mərkəzi Bankı (AMB) “Standart İnsurance”in lisenziyasını ləğv edilməsini şərh edib. 

Ekspertin sözlərinə görə, əslində, pandemiya ilə bağlı Mərkəzi Bank Nazirlər Kabineti yanında Operativ Qərargaha maliyyə sahəsi ilə bağlı təkliflər verərkən bu sektorda yoxlamaların sentyabr 30-na kimi təxirə salındığını qeyd etmişdi. İlkin İbrahimov bildirib ki, səyyar yoxlamalar zamanı sığorta şirkətinin nizamnamə kapitalı, likvidlik imkanları, şirkətdən şikayətlərin olub-olmaması araşdırlır və şirkət haqqında qərar verilir.

"Əslində, öncədən bağlanacaq şirkətlər haqqında məlumat verilməsi daha məqsədə uyğun olardı. Növbədə daha 5-6 sığorta şirkətinin bağlanacağı ehtimal olunur. Bəzi sığorta şirkətləri təhlükəli həddədirlər. Belə şirkətlərlə bağlı ictimaiyyətə öncədən məlumat verilməlidir ki, sonradan sürprizlər olmasın".