SIĞORTA

08 May

Zaur Əliyev - DOSYE

Fins.az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin Dosyesini təqdim edir 

Əliyev Zaur Rafik oğlu 1981-ci ildə Azərbaycanda, Bakı şəhərində anadan olub.

1997-2000-ci illərdə “Cambridge Regional College”də (Kembric şəhəri, Böyük Britaniya) orta təhsil alıb.

2000-2003-cü illərdə “East Anglia” universitetində (Norviç şəhəri, Böyük Britaniya) mühasibat və maliyyə ixtisası üzrə ali təhsil alıb.

2003-2009-ci illərdə “Ernst Young” şirkətinin Almatı, Bakı və London şəhərlərindəki ofislərində müxtəlif vəzifələrdə işləyib.

2010-2015-ci illərdə “PAŞA Holdinq” MMC-də və “PAŞA Sığorta” ASC-də müxtəlif rəhbər vəzifələrdə işləyib.

İxtisaslaşmış Sertifikatlı Mühasiblər Assosiasıyasının (London şəhəri, Böyük Britaniya) üzvüdür.

“London Business School” (London şəhəri, Böyük Britaniya), “Harvard Business School” (Boston şəhəri, Birləşmiş Ştatlar) və “IE Business School” (Madrid şəhəri, İspaniya) tərəfindən keçirilmiş təlimlər də daxil olmaqla, bir sıra peşəkar təlimlərdə iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 1474 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 sentyabr tarixli 3222 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Evlidir, üç övladı var.