SIĞORTA

07 May

“Xalq Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 22-də, saat 15:00-da “Xalq Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Fins.az xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 22L ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “Xalq Sığorta”ın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun idarəedici qurumunun nizamnamə kapitalına investisiya qoyması ilə bağlı məsələ daxildir.