SIĞORTA

06 May

Koronavirusun icbari sığortanın tətbiqinə təsiri AÇIQLANDI

“Təəssüf ki, koronavirus pandemiyası Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə mane oldu”.

Fins.az xəbər verir ki,  bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

 Onun sözlərinə görə, yanvar ayında Şimalda 20 rayonda, üç pilot rayonda icbari tibbi sığortanın tətbiqinə başlanılıb:

“Layihə uğurla başlamışdı, gündəlik xəstəxanalara müraciət 1000-i keçmişdi. İcbari tibbi sığortanın tətbiqi kifayət qədər ağır prosesdir”.

“İcbari sığortanın tətbiqinə başlanan rayonlarda proses davam edəcək. Amma digər rayonlar üçün bu proses 2021-ci il 1 yanvaradək təxirə salınıb”, - deyə sədr əlavə edib.