SIĞORTA

06 May

PAŞA Sığortadan HƏDİYYƏLİ KAMPANİYA

PAŞA Sığorta şirkəti yeni KASKO müştərilərinə “Sığortalan, 2 ay hədiyyə qazan” adlı kampaniyasını təqdim edir. 

Fins.az xəbər verir ki, kampaniyanın şərtlərinə əsasən, 22 may tarixinədək PAŞA Sığortadan KASKO könüllü avtomobil sığortası əldə edəcək fərdi müştərilər üçün 12 ay üçün hesablanan sığorta haqqının 2 aya düşən hissəsi şirkət tərəfindən qarşılanacaq ki, bununla da müştərilər 2 aylıq KASKO təminatından hədiyyə olaraq faydalanacaqlar. Kampaniya çərçivəsində müştərilərə sığorta haqqını xüsusi güzəştli qrafiklə hissəli formada ödəmək imkanı da təqdim olunur.