SIĞORTA

04 May

Həyat sığortası 31%, qeyri-həyat sığortası isə 16% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 67 milyon 636 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 31,2% çoxdur.

Fins.az xəbər verir ki, son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 173 milyon 129 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 15,7% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,3 dəfə artaraq 36 milyon 67 min manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 34,85% artaraq 40 milyon 997 min manata çatıb.

Beləliklə, 2020-ci ilin yanvar-mart aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,3 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 23,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2019-cu ilin yanvar-mart aylarında müvafiq olaraq 30,7 manat və 20,3 manat olub.