SIĞORTA

04 May

Könüllü sığorta 24% artıb

Hesabat dövründə könüllü sığorta növləri ödənişlərin məbləği 57 milyon 458 min manat təşkil edib ki, bu da illik müqayisədə 92,1% çoxdur.

Fins.az xəbər verir ki, il ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 20,1% artaraq 19 milyon 606 min  manata çatıb.

Beləliklə, 2020-ci ilin yanvar-mart aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 35,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ilin yanvar-mart aylarında 23 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 22,9 manatdan 24,4 manata qalxıb.