SIĞORTA

01 May

“AtaBank” “AmrahBank”da sığorta əmanəti olanların NƏZƏRİNƏ

Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “AtaBank” ASC və “AmrahBank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib. 

Fins.az xəbər verir ki, bununla bağlı Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Bildirilib ki, “AtaBank” ASC və “AmrahBank” ASC-də yerləşdirilən sığortalı əmanətlər Fond tərəfindən qanunvericiliyə uyğun müddətdə əmanətçilərə qaytarılacaq. 

Əmanətlərin qaytarılması üçün sənəd qəbulunun yeri və vaxtı barədə əlavə məlumat veriləcək.