SIĞORTA

30 Aprel

Azərbaycanın sığorta bazarında ARTIM

2020-ci ilin ilk 3 ayında Azərbaycanın 22 sığorta şirkəti tərəfindən 240 milyon 764 min manat sığorta haqları toplanıb.

Fins.az xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 39 milyon 590 min manat və ya 19,7% çoxdur.

Ötən ilin ilk 3 ayında sığorta ödənişləri 46 milyon 234 min manat ikən, 2020-ci ilin  ilk 3 ayında 77 milyon 64 min manat təşkil edib.