SIĞORTA

29 Aprel

Koronavirus sığorta bazarının bu növünü çökdürür

Koronavirus pandemiyası maliyyə bazarının tərkib hissəsi olan sığorta bazarına da təsirsiz ötüşməyib.

Fins.az xəbər verir ki, Azərbaycan sığorta bazarında isə əsas məqsəd bu müddəti minimum zərərlə başa vurmaqdır. Mövcud vəziyyətdə könüllü sığorta məhsulları bazarda itki ilə üzləşsə də, daşınmaz əmlakın sığortasında vəziyyət bir qədər fərqlidir. Azərbaycan Sığortaçılar Assosasiyasının sözçüsü Səbinə Ağayeva bildirir ki, xarici səfərlərin ləğv olunması səfər sığortasının sayının azalmasına gətirib çıxarıb.

Ötən il Azərbaycanda bu göstərici 5 milyon idisə, bu il nəticənin nəzərə çarpacaq dərəcədə az olacağı gözlənilir. Ancaq insanların bu müddətdə evdə olması daşınmaz əmlaklarına marağı artırdı və bu sahədə vəziyyət yaxşılaşdı. Yaranmış vəziyyət eyni zamanda könüllü tibbi sığortanın artması üçün çox münbit şərait yaradıb. Ekspertlər hesab edir ki, bu cür məqamlarda sığorta şirkətləri oturub müştəri gözləməməlidir. İndiki Şəraitə uyğun sığorta məhsulları təklif etmək çox vacibdir. Ancaq özəl sığorta şirkətləri bu addımı da riskli hesab edir. Bundan əlavə nə qədər qəribə səslənsə də, koronovirus pandemiyası digər sahələrlə bərabər sığorta bazarına da yeni davranışlar gətirib. Artıq insanlar sığorta məslələri ilə bağlı sənədləşmələrini fiziki olaraq yox, onlayn formada həyata keçirirlər