İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzi tərəfindən iki yeni xidmət göstərilir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “1542” Çağrı mərkəzi koronavirus (COVID-19) epidemiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınmasına, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsinə dəstək məqsədli tədbirlərini davam etdirir.
Belə ki, Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Agentliyin “1542” Çağrı mərkəzi tərəfindən iki yeni xidmət - psixoloji dəstək və poliklinik xidmətlərlə bağlı dəstək xətləri istifadəyə verilib.