"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 7-nin bu il yanvarın 1-nə qısamüddətli öhdəlikləri illik müqayisədə az olub.
Fins.az xəbər verir ki, bunlar "Bakı Sığorta", "Atəşgah Həyat Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Atəşgah Sığorta", "Qala Həyat Sığorta", "AXA Mbask" Sığorta Şirkəti ASC-lər və "Azərsığorta"dır.
Ən çox azalma "Azərsığorta"da (91,2%), ən az azalma isə "Bakı Sığorta"da (5,4%) qeydə alınıb.
1 şirkətin - "Xalq Həyat Sığorta"nın qısamüddətli öhdəlikləri ötən ildən formalaşdığı üçün onun bu maliyyə göstəricisinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 13 sığorta şirkətinin isə qısamüddətli öhdəlikləri artıb. Ən yüksək dinamika "Atasığorta" ASC-də (58,5 dəfə), ən aşağı dinamika isə "Meqa Sığorta" ASC-də (12,1%) qeydə alınıb.
Renkinq