SIĞORTA

21 Aprel

“Günay Sığorta”, “Sağlam Ailə”, “Fil Agency”-dən imkansız ailələrə yardım - VİDEO

“Günay Sığorta”, “Sağlam Ailə”, “Fil Agency” ölkəmizdə yaşlı nəsilə diqqət və qayğı göstərilməsi kimi milli-mənəvi dəyərləri əsas tutaraq, koronavirus epidemiyasına görə Azərbaycanda tətbiq edilmiş xüsusi karantin rejimi səbəbindən evlərində qalan 65 yaşdan yuxarı insanları, tənha ahılları, yataq xəstələrini, məcburi köçkünləri, karantin rejimində işləmədiyi üçün sosial durumu çətinləşənləri, çoxuşaqlı kasıb ailələri, ailə başçısını itirmiş qadınları əhatə edən sosial layihə həyata keçirtdi. Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərlərində yaşayan ümumilikdə 100 imkansız ailəyə, bir aylıq ərzaq yardımı təqdim edildi. Bu təşəbbüsün əsas məqsədi pandemiyadan qorunmaları məqsədilə evdən çıxmaları qadağan edilən yaşlı insanların gündəlik ərzaq malları üçün evdən çıxmaq ehtiyacını aradan qaldırmaq, onların rifahını təmin etmək və hazırki dönəmdə #evdəqal çağırışına dəstək göstərməkdir.

Unutmamalıyıq ki, hal-hazırki dövr üçün ən önəmli məqamlardan biri də sosial məsuliyyətdir və Koronavirus təhlükəsi ilə əlaqədar cəmiyyətin hər bir üzvünün üzərinə böyük məsuliyyət düşür. Sosial istiqamətindən asılı olmayaraq atılan bütün müvəqqəti və məcburi addımlar cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq məqsədi daşıyır.