"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə aktivləri 70 milyon manatdan çox olub.
Fins.az xəbər verir ki, bunlar "PAŞA Həyat Sığorta" (400,126 milyon manat), "PAŞA Sığorta" (201,264 milyon manat), "Atəşgah Həyat Sığorta" (97,476 milyon manat), "Xalq Sığorta" (71,721 milyon manat) və "İpək Yolu Sığorta" (70,529 milyon manat) ASC-lərdir.
Qalan 16 sığorta şirkətindən 15-nin aktivləri 10-70 milyon manat arasında, 1 şirkətin aktivləri isə 10 milyon manatdan azdır.