SIĞORTA

10 Aprel

“Standard İnsurance” şirkətinin RENKİNQİ

“Standard İnsurance” Sığorta Şirkəti ASC 2019-cu ili 1 milyon 774 min manat xalis zərər ilə başa vurub. Şirkət ardıcıl 2 ildir zərər edir. 2018-ci illə müqayisədə 2019-cu ildə “Standard İnsurance”ın xalis zərəri 73,4% artıb.

Fins.az xəbər verir ki, ötən il “Standard İnsurance”ın cəmi gəlirləri 11 milyon 483 min manat, cəmi xərcləri isə 13 milyon 257 min manat təşkil edib. Şirkətin xərcləri gəlirlərini üstələdiyindən 1 milyon 774 min manat zərər yaranıb.

Ötən il “Standard İnsurance” 14 milyon 56 min manat sığorta haqları toplayıb, 5 milyon 462 min manat sığorta ödənişləri həyata keçirib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Standard İnsurance” Sığorta Şirkətinin cəmi gəlirləri 13 milyon 27 min manat, cəmi cəmi xərcləri 14 milyon 51 min manat təşkil etmişdi. Şirkətin xərcləri gəlirlərini üstələdiyindən 1 milyon 23 min manat zərəri yaranmışdı.

Şirkət 2018-ci ildə 12 milyon 980 min manat sığorta haqları toplamış, 3 milyon 741 min manat sığorta ödənişləri həyata keçirmişdi.