SIĞORTA

08 Aprel

\"Azərbaycan Sənaye Sığorta\" şirkətinin RENKİNQİ

"Azərbaycan Sənaye Sığorta" ASC (ASS) 2019-cu ili 781 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2018-ci ildən 2,172 milyon manat zərərlə çıxmışdı.

Fins.az xəbər verir ki, ötən il ASS-nin gəlirləri 6,842 milyon manat (illik müqayisədə 27,9% az), xərcləri 5,866 milyon manat (49,7% az), mənfəət vergisi ödəmələri isə 195 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.

Bu il yanvarın 1-nə ASS-nin aktivləri 18,481 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,3% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 14,3% azalaraq 6,177 milyon manata düşüb, balans kapitalı isə 6,8% artaraq 12,303 milyon manata çatıb.