SIĞORTA

07 Aprel

PAŞA Sığorta: “Ofislərimizdə müştəri müraciətlərinin qəbulu müvəqqəti dayandırılsa da, xidmətinizdəyik”

PAŞA Sığorta şirkətinin Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Nuranə Teymurova mətbuata açıqlamasında bildirir: “Hazırda şirkətimizdə mövcud olan sistemlər və prosedurlar müştərilərimizə ofis hüdudlarından kənarda olsaq belə yüksək keyfiyyətli və çevik xidmət göstərməyimizə imkan yaradır. Əməkdaşlarımızın və müştərilərimizin sağlamlığı bizim əsas prioritetimizdir və şirkət olaraq hər kəsi karantin rejimi qaydalarına əməl etməyə, xüsusi zərurət olmadıqda evdən çıxmamağa çağırırıq.”

Nəzərinizə çatdırmaq istərdik ki, cari vəziyyətlə əlaqədar PAŞA Sığorta şirkətinin ofislərində müştəri müraciətlərinin qəbulu müvəqqəti olaraq dayandırılmışdır. Bununla belə, şirkət rəqəmsal həllər və müasir kommunikasiya kanalları vasitəsilə müştərilərə distant formada xidmət göstərməyə davam edir.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədovun məktubunda Vətəndaş qəbulu ilə əlaqədar qeyd olunan qaydaları xatırlatmaq istərdik :

7.1 qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınsın;

7.2 yerlərdə səyyar qəbulların keçirilməsi dayandırılsın;

7.3 vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilsin, bu məqsədlə hər orqan və qurumda elektron və telefon əlaqə ünvanları və nömrələri müəyyən edilsin, habelə qaynar xətlərin fasiləsiz fəaliyyəti təmin edilsin;

7.4 vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul edilməsi məqsədilə hər orqan və qurumda məsul əməkdaşlar müəyyən edilsin;

PAŞA Sığorta sirkəti bu maddələri rəhbər tutaraq bildirir ki, müraciətləri telefon nömrələri və elekrtron poçt ünvanlarına yönləndirmək mümkündür.

Aşağıda PAŞA Sığorta şirkətinin əlaqə nömrələri və elektron poçt ünvanları qeyd edilmişdir:

*7000-dil seçimi-1 düyməsi – sığorta məhsulları (satış xətti) / həftə içi saat 09:00-18:00

*7000-dil seçimi-2 düyməsi – tibbi sığorta xidmətlər / 7/24

*7000-dil seçimi-3 düyməsi – sığorta hadisələri xətti / 7/24

*7000-dil seçimi-4 düyməsi  və ya 0512258978 -istək, şikayətlərin qəbul xətti / həftə içi saat 09:00-18:00

[email protected]

[email protected]  

[email protected]

Əlavə olaraq şirkətin rəsmi www.pasha-insurance.az  veb səhifəsinə daxil olub onlayn çat və chatBOT vasitəsilə müvafiq kanalları seçərək müraciət edə bilərsiniz.

Bütün bu istiqamətlərlə yanaşı, sosial şəbəkələrdə PAŞA Sığorta şirkətinin rəsmi facebook və instagram səhifələri vasitəsilə də mütəmadi olaraq əlaqə saxlamaq mümkündür.

Facebook.com/pasha.insurance

Instagram.com/pasha_insurance

Lakin, olduqca vacib və təxirəsalınmaz bir sorğunuzla bağlı ofisimizə gəlmək məcburiyyətindəsinizsə, gəlməyi planladığınız tarixi və saatı bir gün öncədən yuxarıda qeyd olunan kanallar vasitəsilə bizə bildirməyinizi xahiş edirik. Sorğunuzla bağlı müvafiq əməkdaş  müraciəti ofisdə qəbul edəcək.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.