Sığorta eksperti İlkin İbrahimov xüsusi karantin dövründə çalışan könüllülərlə bağlı təklif irəli sürüb.
Fins.az xəbər verir ki, o öz təklifini sosial şəbəkədə paylaşıb. Paylaşımda deyilir:
"Hamımızın bildiyimiz kimi ölkəmizdə və dünyada COVİD-19 adlı virus yayılıb. Ölkə rəhbərliyi də bu virusla mübarizə aparan könüllülərlə bağlı əlavə tədbirlər planı həyata keçirib və bu sahədə çalışan könüllülərə 250 AZN məbləğində mükafat təyin edib. Əlavə olaraq onların gələcəkdə baş verəcək hər hansı yoluxma halında "İstehsalatda baş verən bədbəxt hadisələrlə bağlı" icbari sığortaya cəlb edilməsini təklif edirəm. Təklif könüllülər üçün çox sadədir. Qəbul olunan könüllülər bu sığorta növü ilə sığortalanmalı, sığorta hadisəsi isə "İcbari sığortalar haqqında" Qanunla və qaydalarla tənzimlənməlidir".
Tuncay Türbəndəzadə