PAŞA Sığorta" ASC 2019-cu ili 31,079 milyon manat xalis mənfəətlə başa vurub.
Fins.az xəbər verir ki, bu, 2018-ci ilə nisbərən 38,65% çoxdur.
Ötən il "PAŞA Sığorta"nın gəlirləri 151,204 milyon manat (illik müqayisədə 12,5% çox), xərcləri 111,14 milyon manat (4,8% çox), mənfəət vergisi ödəmələri isə 8,986 milyon manat (51,4% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “PAŞA Sığorta”nın aktivləri 201,264 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,1% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 16,9% artaraq 116,66 milyon manata, balans kapitalı isə 12,8% artaraq 84,604 milyon manata çatıb.