“Societe de Courtage” Sığorta və Təkrarsığorta Brokeri MMC 2019-cu ili 1 903 manat zərər ilə başa vurub.
Fins.az xəbər verir ki, ötən il “Societe de Courtage”ın cəmi gəlirləri 239 min 374 manat, cəmi xərcləri isə 238 min 850 manat təşkil edib. Şirkət 524 manat əməliyyat mənfəəti əldə etsə də 2 428 manat mənfəət vergisilə əlaqədar olaraq 1 903 manat xalis zərər yaranıb.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Societe de Courtage”ın cəmi gəlirləri 241 min 976 manat, cəmi xərcləri isə 241 min 64 manat təşkil etmiş, Şirkət 912 manat əməliyyat mənfəətdən 2 234 manat mənfəət vergisi hesablandığından həmin il 1322 manat zərər yaranmışdı.