SIĞORTA

06 Aprel

\"Günay Sığorta\" şirkətinin RENKİNQİ

"Günay Sığorta" ASC 2019-cu ili 720 min manat xalis mənfəətlə başa vurub.

Fins.az xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 12,6 dəfə çoxdur.

Ötən il "Günay Sığorta"nın gəlirləri 6,861 milyon manat (illik müqayisədə 18,7% az), xərcləri 5,958 milyon manat (28,9% az), mənfəət vergisi ödəmələri isə 184 min manat (43,8 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Günay Sığorta”nın aktivləri 14,42 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 19,35% artaraq 5,81 milyon manata, balans kapitalı isə 9,1% artaraq 8,61 milyon manata çatıb.