SIĞORTA

06 Aprel

Atasığorta şirkətinin RENKİNQİ

"Atasığorta" ASC 2019-cu ili 663 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2018-ci ildən 7,077 milyon manat xalis zərərlə çıxmışdı.

Fins.az xəbər verir ki, ötən il "Atasığorta"nın gəlirləri 26,381 milyon manat (illik müqayisədə 46,6% çox), xərcləri 25,698 milyon manat (2,8% çox), mənfəət vergisi ödəmələri isə 19 min manat (72,5% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Atasığorta”nın aktivləri 24,36 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 14,3% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 24,45% azalaraq 14,59 milyon manata düşüb, balans kapitalı isə 7,3% artaraq 9,77 milyon manata çatıb.