SIĞORTA

06 Aprel

Azsığorta şirkətinin RENKİNQİ

"Azsığorta" ASC 2019-cu ili 769 min manat xalis mənfəətlə başa vurub.

Fins.az xəbər verir ki, bu, 2018-ci ilə nisbərən 82,55% azdır.

Ötən il "Azsığorta"nın gəlirləri 19,173 milyon manat (illik müqayisədə 36,2% az), xərcləri 18,212 milyon manat (26,1% az), mənfəət vergisi ödəmələri isə 192 min manat (81% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azsığorta”nın aktivləri 58,245 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,1% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 11,9% azalaraq 23,187 milyon manata düşüb, balans kapitalı isə 1,9% artaraq 35,058 milyon manata çatıb.