SIĞORTA

04 Aprel

\"İpək Yolu Sığorta\" şirkətinin RENKİNQİ

"İpək Yolu Sığorta" ASC 2019-cu ili 877 min manat xalis mənfəətlə başa vurub.

Fins.az xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 48,2% və yaxud təxminən 2 dəfə azdır. Ötən il "İpək Yolu Sığorta"nın gəlirləri 39,191 milyon manat (illik müqayisədə 89,1% çox), xərcləri 38,095 milyon manat (2,05 dəfə çox), mənfəət vergisi ödəmələri isə 219 min manat (48,2% az) təşkil edib. Bu il yanvarın 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 70,529 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,4 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 6,2 dəfə artaraq 47,762 milyon manata, balans kapitalı isə 2,3% artaraq 22,767 milyon manata çatıb.