İcbari Sığorta Bürosu “Daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məhsuliyyətin icbari sığortası haqqında nə bilirik? Maariflənək, maarifləndirək ” mövzusunda elan etdiyi məqalə müsabiqəsinin vaxtı 2020-ci ilin aprel ayının 10-na kimi uzadılır.
Müsabiqəyə 6 mart 2020-ci il tarixindən start verilib. Müsabiqəyə mərkəzi və regional elektron və çap KİV-lərində nəşr olunmuş yazılar qəbul olunur. Müsabiqədə I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 2000, 1500, 1000 manat məbləğində pul mükafatları və müvafiq sertifikatlar təqdim olunacaqdır.
Məqalələr [email protected] ünvanına göndərilməlidir. Əlavə məlumat üçün 012 595 00 20 və 994 55 214 31 30 nömrəsinə müraciət edə bilərsiniz. Müsabiqənin şərtləri aşağıdakı linkdə yerləşdirilmişdir.