SIĞORTA

03 Aprel

Sığorta bazarında lider olan şirkətlər

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda toplanılmış 190,744 milyon manat sığorta haqqının 150,603 milyon manatı və yaxud 78,95%-i 5 sığorta şirkətinin payına düşüb.

Fins.az xəbər verir ki, həmin şirkətlər "PAŞA Sığorta" ASC (67,27 milyon manat), Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta", 34,455 milyon manat), eləcə də "PAŞA Həyat Sığorta" (31,803 milyon manat), “Qala Sığorta” (9,05 milyon manat) və "İpək Yolu Sığorta" (8,025 milyon manat) ASC-lərdir.

2 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "AXA MBask" (2 min manat), "Naxçıvan Sığorta" (185 min manat), "Bakı Sığorta” (259 min manat) və “Xalq Həyat Sığorta” (313 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 759 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,4%-i deməkdir.

Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 39,382 milyon manat (20,65%) təşkil edib.