Bu ilin yanvar-fevral aylarında Azərbaycanda həyata keçirilmiş 49,294 milyon manat sığorta ödənişinin 35,355 milyon manatı və yaxud 71,7%-i 5 sığorta şirkətinin payına düşüb.
Fins.az xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (16,341 milyon manat), "PAŞA Sığorta" (8,811 milyon manat), "Atəşgah Həyat Sığorta" (3,699 milyon manat), “Xalq Sığorta” (3,48 milyon manat) ASC-lər və Dövlət Sığorta Kommersiya Şirkətidir ("Azərsığorta", 3,024 milyon manat).
2 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (0 manat), "Bakı Sığorta" (50 min manat), "Rəvan Sığorta" (100 min manat) və "Amrah Sığorta" (117 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 267 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,55%-i deməkdir.
Qalan 12 sığorta şirkətinin ümumi ödənişləri isə 13,672 milyon manat (27,75%) təşkil edib.